"Avro-2024"ün qrup mərhələsinin üçüncü turunda Xorvatiya və İtaliya milliləri heç-heçə oynayıb.
"Unikal" xəbər verir ki, Leypsiqdəki "Red Bull Arena - Centralstadion" stadionunda keçirilən görüş 1:1 hesabı ilə başa çatıb.
Bu görüşdə ilk qolu oyunun 55-ci dəqiqəsində 38 yaşlı Luka Modriç vurub. Ondan bir dəqiqə əvvəl İtaliya millisinin qapısına penalti təyin edilib, Modriç qol vurmağaçalışsa da, italiyalı qapıçı Canluici Donnarumma zərbəni dəf edib.
Əlavə vaxtda İtaliya hesabı bərabərləşdirib 90+8-ci dəqiqədə Mattia Zakkani topu qapıya göndərib.