Növbəti mövsüm I Liqada mübarizə aparacaq “Qəbələ” daha bir futbolçunu heyətinə qatıb.

Klubdan "Unikal"a verilən məlumata görə, “qırmızı-qaralar” akademiyanın yetirməsi olan Müşfiq Nadirovu transfer edib.

İyirmi iki yaşlı qapıçı ilə 1 illik müqavilə imzalanıb. M.Nadirov 2023-2024-cü illər mövsümündə “Zaqatala”da çıxış edib. O, karyerası ərzində “Qəbələ-2” və “Kəpəz”in də uğurları üçün çalışıb. Qapıçı Azərbaycanın U-16 və U-20 yığmalarına da cəlb olunub.