ABŞ-ın ev sahibliyi etdiyi Amerika Kubokunda (Copa Amerika) növbəti oyunlar keçirilib.

"Unikal" xəbər verir ki, B qrupunun ikinci turunda Ekvador və Yamayka yığmaları üz-üzə gəlib. Görüş ekvadorluların 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Qrupun digər matçında isə Venesuela Meksikanı məğlub edib – 1:0. Bununla da meksikalıların venesuelalılar üzərində 13 oyunluq məğlubiyyətsizlik seriyası da başa çatıb.

Bu nəticədən sonra xallarını 6-ya çatdıran Venesuela seçməsi adını 1/4 finala yazdırıb. Hərəyə üç xal toplayan Ekvador ilə Yamayka yığmaları isə ikinci və üçüncü yerləri bölüşürlər.