Futbol üzrə Gürcüstan milli komandasının futbolçuları Avro-2024-ün qrup turnirində Portuqaliyaya qalib gələrək Avropa çempionatının 1/8 final mərhələsinə çıxdıqları üçün vəd edilən 30 milyon lari (10 milyon dollardan çox) mükafat alıblar.
"Unikal" Gürcüstan mediasına istinadən xəbər verir ki, bunu Gürcüstanın baş naziri İrakli Kobaxidze bildirib.
“Oyunçularımızın əlavə motivasiyaya ehtiyacı yoxdur, lakin Bidzina İvanişvilinin dəstəyi vacibdir və bu mükafat əlavə stimul yaradacaq” – deyə Kobaxidze bildirib.