Azərbaycanda fərdi təqaüdlər, dövlət mükafatları və fəxri adlar alan idmançıların əhatə dairəsi genişləndirilir.
"Unikal" xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən “Bədən tərbiyəsi və idman haqqında” qanuna edilən dəyişiklikdə əksini tapıb.
Müzakirələrdən sonra sənəd səsverməyə qoyularaq qəbul edilib.
***09:43
Azərbaycanda idmançılara xüsusi paralimpiya təqaüdü veriləcək.
"Unikal" xəbər verir ki, bu, parlamentin bugünkü iclasının gündəliyinə daxil edilən “Bədən tərbiyəsi və idman haqqında” qanunda dəyişiklik layihəsində əksini tapıb.
Qanunun 59-cu maddəsinə (Yüksək dərəcəli idmançıların və idman işçilərinin əməyinin qiymətləndirilməsi) təklif edilən dəyişikliklə bədən tərbiyəsi və idman sahəsində göstərdikləri böyük xidmətlərə və əldə etdikləri yüksək nailiyyətlərə görə Azərbaycan Respublikasının vətəndaşlarına qanunvericiliklə müəyyən edilmiş qaydada xüsusi olimpiya və paralimpiya təqaüdləri, fərdi təqaüdlər, dövlət mükafatları və fəxri adlar verilə bilər.