“Neftçi” futbol klubu qapıçısı Aqil Məmmədovla yollarını ayırıb.

Klubdan "Unikal"a verilən məlumata görə, 35 yaşlı qolkiperlə mövsümün sonunda başa çatan müqavilənin müddəti uzadılmayıb.

Qeyd edək ki, A.Məmmədov 2015-2016, 2018-2024-cü illər ərzində “Neftçi”nin heyətində 112 oyun keçirib.