“Neftçi” daha bir futbolçu ilə yollarını ayırıb.
Klubdan "Unikal"a verilən məlumata görə, “ağ-qaralar” Ata Caberlə vidalaşıb.
2022-ci ilin iyununda transfer olunmuş oyunçu “Neftçi”nin heyətində 58 rəsmi matçda meydana çıxıb, 9 qol vurub.
Qeyd edək ki, Bakı klubu daha əvvəl yarımmüdafiəçi Eddi İsrafilov və qapıçı Aqil Məmmədovla əməkdaşlığa son qoyub.