Azərbaycan millisinin sabiq futbolçusu Sərtan Taşkın Türkiyənin "Manisa" komandasından ayrılıb.
"Unikal" xəbər verir ki, bu barədə I Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.
27 yaşlı müdafiəçi ilə müqaviləyə vaxtından əvvəl xitam verilib.
Qeyd edək ki, Sərtan Taşkın "Manisa"ya bu ilin yanvarında "Turan Tovuz"dan keçmişdi. O, Türkiyə klubu ilə 1,5 illik müqavilə imzalamışdı.