Azərbaycanın yeniyetmə cüdoçuları Bolqarıstanda təşkil olunan Avropa çempionatının üçüncü günündə növbəti görüşlərini keçiriblər.
"Unikal" xəbər verir ki, Əli Qazıməmmədov (81 kq) ardıcıl iki qarşılaşmada qələbə qazanıb. 1/4 finalda uduzan Əli Qazımənmədov (81 kq) təsəlliverici görüşə qatılacaq.
Sübhan Axundov (+90 kq) yarımfinala vəsiqə qazanıb.
Mələk Bayramlı (70 kq), Mehdi Abbasov (81 kq) və Hüseyn Eyvazlı (90 kq) məğlubiyyətlə üzləşiblər.
Qeyd edək ki, turnir iyunun 30-da komanda yarışı ilə başa çatacaq. Daha əvvəl Azərbaycan təmsilçilərindən Bahadır Feyzullayev qızıl, Məhəmmədəli Hüsiyev (hər ikisi 50 kq) və Cəsur İbadlı (73 kq) bürünc medal qazanıblar.