"Çelsi" yeni oyunçu transfer edib.
"Unikal" xəbər verir ki, "zadəganlar" "Aston Villa"dan Omari Kellimanı heyətlərinə qatıblar.
Məlumatı klubun mətbuat xidməti yayıb.
18 yaşlı yarımmüdafiəçi ilə 6 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Kelliman İngiltərə U-19 millisinin üzvüdür. O, ötən mövsüm "Aston Villa"nın forması ilə bütün turnirlərdə 20 oyuna çıxaraq 8 qol və 1məhsuldar ötürmə ilə yadda qalıb.