Almaniyada keçirilən futbol üzrə Avropa çempionatında 1/4 finalın daha bir iştirakçısı bəlli olub.

"Unikal" xəbər verir ki, 1/8 finalda Danimarka millisinə 2 cavabsız qolla qalib gələn ev sahibi ölkənin yığması növbəti mərhələyə adlayıb.

Matçda hər iki qol ikinci hissədə vurulub. 53-cü dəqiqədə Kay Haverts penaltini dəqiq yerinə yetirib. 68-ci dəqiqədə isə Camal Musiala rəqib qapıçı ilə üzbəüz dueldən qalib ayrılıb.

Almaniya millisi 1/4 finalda İspaniya - Gürcüstan cütünün qalibi ilə qarşılaşacaq.

Qeyd edək ki, daha əvvəl İsveçrə yığması İtaliyanı 2:0 hesabı ilə məğlub edərək 1/4 finala vəsiqə qazanıb.

*** 00:25

Futbol üzrə Avropa çempionatının 1/8 final mərhələsində güclü yağış səbəbindən dayandırılan Almaniya-Danimarka oyunu bərpa olunub.

"Unikal" xəbər verir ki, görüş 35-ci dəqiqədən etibarən davam etdirilib.

Qeyd edək ki, qarşılaşmada hesab açılmayıb.

*** 23:53

2024-cü il Avropa çempionatının 1/8 final mərhələsinin Almaniya və Danimarka yığmaları arasında keçirilən oyunu pis hava şəraiti - tufan, şimşək çaxması və güclü yağış səbəbindən dayandırılıb.

"Unikal" xəbər verir ki, hakim fit çalıb və futbolçular meydanı tərk ediblər. 

Oyunun davam edib-etməyəcəyi bəlli deyil.

Oyun Dortmunddakı “Siqnal İduna Park” stadionunda keçirilib. Matşda hesab açılmayıb - 0:0.