Avropa çempionatında 1/8 final mərhələsi çərçivəsində keçirilən Almaniya - Danimarka oyununun (2:0) ən yaxşı futbolçusu bəlli olub.
"Unikal" UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, meydan sahiblərinin heyətində Antonio Rüdiger görüşün ən yaxşısı elan olunub.
31 yaşlı müdafiəçi 90 dəqiqə meydanda olub və görüşü yüksək səviyyədə keçirib.