Amerika Kubokunda 3-cü tur start götürüb.

"Unikal" xəbər verir ki, ilk oyun günündə A qrupunda 2 matç keçirilib. Argentina millisi Peru üzərində 2:0 hesablı qələbə qazanıb. Qolları 47 və 86-cı dəqiqələrdə Lautaro Martinez vurub.

Kanada isə Çili ilə heç-heçə edib.

A qrupunda Argentina 9 xal toplayaraq 1/4 finala adlayıb. Kanada isə 4 xalla qrup 2-cisi kimi növbəti mərhələyə yüksəlib.