Almaniyanın ev sahibliyi etdiyi Avropa çempionatında 1/8 final mərhələsinin daha bir oyunu baş tutub.
"Unikal" xəbər verir ki, İngiltərə və Slovakiya yığmaları üz-üzə gəlib. Gelzenkirxen şəhərində yerləşən "Feltins Arena"da oynanılan görüşün əsas vaxtı 1:1 hesabı ilə bitdiyi üçün əlavə vaxt oynanılıb.
Əlavə 30 dəqiqədə daha bir top vuran ingilislər adını 1/4 final mərhələsinə yazdırıblar.
Günün ikinci matçında İspaniya Gürcüstanı sınağa çəkəcək. Kölnün “Reyn Enerqi” stadionunda reallaşacaq qarşılaşma Bakı vaxt ilə 23:00-da başlayacaq.
Qeyd edək ki, daha əvvəl İsveçrə və Almaniya yığmaları 1/4 finala vəsiqəni təmin ediblər.