Almaniyada keçirilən futbol üzrə Avropa çempionatında 1/8 finalın daha bir oyunu keçirilib.

"Unikal" xəbər verir ki, Gürcüstan millisinə 4:1 hesabı ilə qalib gələn İspaniya yığması adını növbəti mərhələyə yazdırıb.

Matçda hesabı gürcülər açıblar. Robin Le Norman avtoqol müəllifi olub. İspaniya seçməsinin heyətində qolları isə Rodri, Fabian Ruis, Nika Vilyams və Dani Olmo vurublar.

İspanlar 1/4 finalda Almaniya yığması ilə qarşılaşacaqlar.

Qeyd edək ki, daha əvvəl İsveçrə və İngiltərə kollektivləri də 1/8 finala adlayıblar.