ABŞ-ın ev sahibliyi etdiyi Amerika Kubokunda (Copa Amerika) qrup mərhələsinin III turunun növbəti oyunları keçirilib.
"Unikal" xəbər verir ki, B qrupunda daha əvvəl 1/4 finala vəsiqəni təmin edən Venesuela millisi autsayder Yamayka ilə üz-üzə gəlib. Görüş venesuelalıların 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Digər oyunda Meksika və Ekvador qolsuz heç-heçə edib. Bununla da ekvadorlular pley-off mərhələsinə adlayıb.
Qeyd edək ki, daha əvvəl Argentina, Uruqvay, Braziliya və Kolumbiya yığmaları 1/4 finala vəsiqəni təmin edib. Amerika Kubokuna iyulun 14-də yekun vurulacaq.