Rusiya Federal Vergi Xidməti (FTS) UFC Döyüş Çempionatının keçmiş çempionu Həbib Nurməhəmmədovun hesablarına həbs qoyub.
"Unikal" xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.
Həbsə səbəb keçmiş idmançının 297 milyon rubl məbləğində borcu olub. Qeyd olunur ki, Federal Vergi Xidməti əvvəllər Nurməhəmmədovla əlaqəli bir neçə şirkəti bağlayıb.
Bundan əvvəl Nurməhəmmədovun vergi orqanlarına 300 milyon rubldan çox borcu olduğu bildirilirdi.
Nurməhəmmədov 2020-ci ildə təqaüdə çıxmazdan əvvəl üç dəfə yüngül çəkidə UFC çempionluğunu qazanıb. Ümumilikdə idmançı qarışıq döyüş növləri üzrə 29 peşəkar döyüşdə 29 qələbə qazanıb. Nurməhəmmədov çıxışlarını bitirdikdən sonra məşqçiliyə başlayıb.
Gülayə Mecid