İspaniya millisinin hücumçusu Lamin Yamal Portuqaliyha yığmasının kapitanı Kriştiano Ronaldonun uğurunu təkrarlayıb.
"Unikal" xəbər verir ki, o, buna ötən gecə Avro-2024-ün 1/8 finalında Gürcüstanla görüşdə qol ötürməsi verməklə nail olub. Nəticədə 16 yaşlı forvard Ronaldodan sonra Avropa çempionatının pley-off mərhələsində qol ötürməsi edən ilk yeniyetmə olub.
Cari Avropa çempionatında Yamal ümumilikdə 4 matçda iştirak edib və 2 qolun ötürməsini verib.
Onun komandası turnirin 1/4 finalında Almaniya millisi ilə qarşılaşacaq.