"Roma"nın qapıçısı Ruy Patrisiu klubu tərk edib.
"Unikal" xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
36 yaşlı qapıçı ilə paytaxt klubu başa çatan müqaviləni yeniləməyiblər. Beləliklə, qolkiper "Roma"nı azad agent kimi tərk edib.
Qeyd edək ki, portuqaliyalı 2021-ci ildən "Roma"da çıxış edirdi.