"Aparılan təhlillərdə bunu göstərirdi ki,  mövcud tariflər ictimai nəqliyyat xidmətlərinin faktiki maya dəyərini qarşılamırdı".

"Unikal" xəbər verir ki, bunu nəqliyyat sahəsi üzrə ekspert Rauf Ağamirzəyev deyib.

"Daşıyıcıların dayanıqlığını təmin etmək üçün dövlət dəstəyi mexanizminə ehtiyac var idi. Buna görə də dövlət tərəfindən yeni maliyyə mexanizmi hazırlanıb. “Brutto müqavilə” adlanan bu mexanizm daşıyıcıların xərclərinin yalnız sərnişinlərin ödənişləri əsasında deyil, həm də dövlət tərəfindən ayrılan subsidiya hesabına qarşılandığı dayanıqlı iqtisadi modeldir.

Hazırda “Brutto müqavilə” mexanizmi razılaşdırılma mərhələsindədir", - deyə o bildirib.