"Qalatasaray" "Fənərbağça" ilə müqaviləsi başa çatan Mişi Batşuayi ilə 3 illik müqavilə imzalayıb.

"Unikal" xəbər verir ki, sarı-qırmızılılar belçikalı hücumçuya 3 hissə olmaqla 3 milyon avro imza pulu verəcək və illik 3 milyon avro maaş da ödəyəcək.
Yeni mövsüm hazırlıqlarına ara vermədən davam edən "Qalatasaray" Batşuayini heyətinə qatmaqla ilk transferini reallaşdırıb.