Azərbaycan cüdoçuları "Asiya Uşaqları" beynəlxalq idman oyunlarının ikinci günündə uğurlu çıxış ediblər.
"Unikal" xəbər verir ki, yığmamız 1 qızıl və 1 bürünc medal qazanıb.
Oğlanlar arasında Əli Hümbətov (66 kq) qızıl, Özqan Quliyev (60 kq) isə bürünc medala sahib olub.