Amerika kubokunda 1/4 final cütləri bəlli olub.
"Unikal" xəbər verir ki, qrup mərhələsindən sonra mübarizəni davam etdirəcək 8 komanda 4 cüt təşkil edib.
Son çempion Argentina Ekvadorla qarşılaşacaq. Cənubi Amerika futbolunun nəhəngləri Uruqvayla Braziliya da bir-birinə rəqib olub.
Bu mərhələdə Venesuela Kanada ilə görüşəcək. Kolumbiya isə Panama ilə qarşılaşacaq.
Amerika kuboku
1/4 final
5 iyul
05:00. Argentina – Ekvador
6 iyul
05:00. Venesuela – Kanada
7 iyul
02:00. Kolumbiya – Panama
05:00. Uruqvay – Braziliya