Avro-2024-ün 1/8 final mərhələsinin Portuqaliya - Sloveniya matçında Frankfurt stadionunun təhlükəsizlik işçiləri iki portuqaliyalı azarkeşi döyüb.
"Unikal" xəbər verir ki, bu barədə xarici KİV-də videogörüntülər yayılıb.
Hadisənin başvermə səbəbləri məlum deyil.
Qeyd edək ki, həmin görüşün əsas və əlavə vaxtı 0:0 başa çatıb. Penalti zərbələri ilə Portuqaliya 3:0 hesabı ilə qalib gəlib.
Ağarza Elçinoğlu
🚨 Um adepto foi agredido a soco e pontapé pelos seguranças da Arena de Frankfurt onde a Seleção Nacional defrontou a Eslovénia na noite desta segunda-feira#euro2024 pic.twitter.com/kXAl6Qw2C8
— Record (@Record_Portugal) July 2, 2024