İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin keçirdiyi növbəti hərracda 6 nəqliyyat vasitəsi satılıb.

"Unikal" xəbər verir ki, hərrac rəqabətli olub.

Belə ki, ilkin qiyməti 12 000 manat olan “Honda Accord” markalı minik avtomobili 15 520 manata satılıb.

Özəlləşdirilən əmlakların siyahısı ilə https://clck.ru/3BfL9T linki vasitəsilə tanış olmaq mümkündür.