"Nitsa"nın yarımmüdafiəçisi Kefren Türam "Yuventus"a keçəcək.
"Unikal" xəbər verir ki, bu barədə tanınmış insayder Fabritsio Romano məlumat yayıb.
Mənbənin məlumatına görə, transfer məbləği 25 milyon avro olacaq. Turin nəhəngi futbolçu ilə 5 illik müqaviləni razılaşdırıb.
Qeyd edək ki, Kefren Lilian Turamın oğlu və "İnter"də çıxış edən Markusun kiçik qardaşıdır. 23 yaşlı yarımmüdafiəçi ötən mövsüm bütün turnirlərdə 29 oyun keçirib, 1 qol vurub və 1 məhsuldar ötürmə edib.