Yunan-Roma güləşi üzrə dünya çempionu Nuqzari Tsurtsumiya iyulun 3-də Gürcüstanın şimal-qərbindəki Xobi şəhərindəki evində ölü tapılıb.
"Unikal" xəbər verir ki, Tsurtsumiyanın ölümü ilə bağlı məlumatı Gürcüstan Milli Güləş Federasiyası təsdiqləyib.
27 yaşlı idmançının ölüm səbəbi açıqlanmayıb.
Nuqzari Tsurtsumiya 55 kq çəki dərəcəsində 2019-cu ilin dünya çempionudur. Avropa çempionatında bir dəfə ikinci, üç dəfə üçüncü yeri qazanıb.
Gülayə Mecid