Argentina millisinin futbolçusu Lionel Messi Amerika Kubokunda Ekvadora qarşı keçiriləcək oyunu buraxa bilər.
"Unikal" xəbər verir ki, bu barədə yığmanın baş məşqçisi Lionel Skaloni bildirib. Onun sözlərinə görə, ulduz oyunçu əzələ zədəsini sağalda bilsə də, 1/4 finalda meydana çıxmaq şansı sual altındadır.
Mütəxəssis son qərarı L. Messi ilə danışdıqdan sonra verəcəyini bildirib.
Qeyd edək ki, Argentina-Ekvador oyunu iyulun 5-də baş tutacaq.