Azərbaycanlı boksçu Cavid Rzayev Rusiya Boks Federasiyasının himayəsi altında keçirilən yarışlardan ömürlük kənarlaşdırılıb.
"Unikal" xəbər verir ki, bu barədə federasiyanın açıqlamasında deyilir.
Xatırladaq ki, mayın 22-də Moskvada keçirilən turnirdə Rzayev rusiyalı Sergey Prixodkonu məğlub edib. Bundan sonra o, Artur Kulinski ilə mübahisə edərək onu “rus donuzu” adlandırıb.
Daha sonra Rzayev Kulinskidən üzr istəyib və bununla rus xalqını təhqir etmək istəmədiyini də bildirib.
Ağarza Elçinoğlu