Yeni mövsüm öncəsi transfer çalışmalarını davam etdirən “Kəpəz” Elmir Tağıyevlə yeni müqavilə imzalayıb.

"Unikal" xəbər verir ki, bunu Gəncə klubunun mətbuat xidməti açıqlayıb.

Qərb təmsilçisi ötən mövsüm “Səbail”dən icarəyə götürdüyü 24 yaşlı futbolçunun transfer hüququna sahib çıxıb. Onunla 1+1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Elmir ötən mövsüm Premyer Liqanın 26 oyununda 1 qol vurub.