Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrin xarici ticarət dövriyyəsi 8 trilyon dolları ötüb ki, bu da qlobal ticarətin dörddə birinə bərabərdir.
"Unikal" xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev "ŞƏT plyus" görüşündə bildirib.
Qazaxıstan Prezidenti, eyni zamanda, qeyd edib ki, ŞƏT ölkələrinin iqtisadiyyatları 4-9 faiz arasında yüksək artım tempi göstərir.
Qeyd edək ki, bu gün Astanada Şanxay Əməkdaşlıq Təşkilatının sammiti çərçivəsində “ŞƏT plyus” iclası keçirilib.
Tədbirdə Qazaxıstan, Hindistan, İran, Çin, Qırğızıstan, Pakistan, Rusiya, Tacikistan, Özbəkistan, Belarus, Monqolustan, Qətər, BƏƏ, Türkmənistan, Türkiyə və Azərbaycanın dövlət və hökumət başçıları, beynəlxalq təşkilatların rəhbərləri iştirak ediblər.