Azərbaycanın qadın güləşçisi Ruzanna Məmmədova Serbiyanın Novi Sad şəhərində keçirilən 20 yaşlılar arasında Avropa çempionatında qızıl medal qazanıb.
"Unikal"ın məlumata görə, 59 kiloqram çəkidə yarışan R. Məmmədova finalda rusiyalı Yelena Kurova ilə üz-üzə gəlib. Gərgin mübarizə şəraitində keçən görüş qarşılıqlı xallarla keçib. Əzmkarlıq göstərən güləşçimiz yekunda 14:10 hesablı qələbə ilə Avropa çempionu olub.
Elvina Kərimzadə (50 kiloqram) təsəlliverici görüşdə bolqarıstanlı Emine Osmandan güclü olub – 6:3. Ancaq bürünc medal uğrunda qarşılaşmada finlandiyalı Roberta Luostarinenə uduzub – 0:10.
Nərgiz Səmədova (55 kiloqram) təsəlliverici görüşdə polşalı Nikola Vişnievskanı “tuş”la mübarizədən kənarlaşdırıb. Həmyerlimiz üçüncü yer uğrunda həlledici qarşılaşmada rusiyalı Yekaterina Çikanovaya məğlub olub – 1:8.
Fatimə İsayeva (68 kiloqram) təsəlliverici görüşdə polşalı Karolina Domaşuka müqavimət göstərə bilməyib – 0:10.