ABŞ-də keçirilən futbol üzrə Amerika Kubokunda 1/4 final mərhələsinə start verilib.
"Unikal" xəbər verir ki, ilk matçda son dünya çempionu Argentina Ekvadorla üz-üzə gəlib.
Qarşılaşmanın əsas vaxtı 1:1 hesabı ilə başa çatdığı üçün penaltilər seriyasına ehtiyac duyulub.
Burada rəqibini 4:2 hesabı ilə üstələyən "tanqoçular" yarımfinala yüksəlib. Argentina bu mərhələdə Venesuela - Kanada cütünün qalibi ilə qarşılaşacaq.
Qeyd edək ki, Amerika Kuboku iyulun 14-də başa çatacaq.