Dünya çempionu Argentina yığmasının kapitanı, “İnter Mayami” klubunun 37 yaşlı hücumçusu Lionel Messi Amerika kubokunun 1/4 finalında Ekvador üzərində qələbəni şərh edib.
"Unikal" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Əsas vaxt 1:1 hesabı ilə başa çatıb. Penalti zərbələri ilə Argentina 4:2 hesabı ilə qalib gəlib. Messi penalti şansını qaçırıb. O, topu dirəyə vurub.
"ABŞ-da meydançalar çox sürətli oynamağa imkan vermir. Bu, müdafiəçilərin problemini asanlaşdırır. Penaltini qaçırdığım üçün çox əsəbiləşirəm, amma onu belə vuracağıma əmin idim. Məşq zamanı qapının künclərinə doğru zərbə endirdim, lakin Ekvador yığmasının qapıçısı zərbə anında küncə doğru dönəndə mərkəzdən zərbə endirmək qərarına gəldim. Təəssüf ki, bir az yüksək çıxdı", - deyə Messi qeyd edib.
Argentina yarımfinalda Venesuela-Kanada qarşıdurmasının qalibi ilə qarşılaşacaq.
Qeyd edək ki, bundan əvvəl Kristiano Ronaldo da penaltini vura bilməmişdi.
Ağarza Elçinoğlu