Türkiyənin “Qalatasaray” komandasının yarımmüdafiəçisi Nikolo Zanyolo icarə əsasında İtaliya “Atalanta”sına keçib.

"Unikal" klubun rəsmi saytına istinadən xəbər verir ki, o, növbəti mövsümün sonunadək Berqamo klubunda çıxış edəcək.

“Atalanta” bu keçid üçün İstanbul nəhənginə 6 milyon 400 min avro ödəyəcək. İtaliya klubu N.Zanyolonu birdəfəlik almaq hüququna da sahib olacaq.

Xatırladaq ki, Nikolo Zanyolo ötən mövsüm icarə əsasında İngiltərənin “Aston Villa” komandasında çıxış edib.