Almaniya millisinin heyətində 2024-cü il Avropa çempionatının 1/4 final matçında İspaniya millisinə qarşı oynayan alman futbolçu Toni Kross karyerasının son matçına çıxıb.

"Unikal" xəbər verir ki, 34 yaşlı yarımmüdafiəçi 2023/24 klub mövsümündən sonra futbolu tərk etdiyini açıqlayıb.

2024-cü il Avropa Çempionatında iştirak etmək üçün Kross milli komandaya qayıtmışı və turnirin onun karyerasında sonuncu olacağını bildirmişdi.

Kross karyerası ərzində 800-dən çox oyun keçirib, altı dəfə Çempionlar Liqasının qalibi olub və dörd dəfə İspaniya çempionu olub. Almaniya millisinin üzvü kimi 2014-cü ildə dünya çempionatının qalibi olub.