Türkiyədə Merih Dəmirala heykəl ucaldılacaq.

"Unikal" xəbər verir ki, Bolu Bələdiyyə Başçısı Tanju Özcan “bozqurd” işarəsi verdiyi üçün milli futbolçu Merih Dəmiralın UEFA-nın 2 oyunluq cəzalandırılmasına reaksiya verib.

Özcan cəzanı şiddətlə qınayıb və yerli futbol qurumunu da tənqid edib: "Bu cəzanın qarşısını ala bilmədiyi üçün Futbol Federasiyasını lənətləyirəm”.

 Boluda “bozqurd” işarəsi edən Merihin heykəlini ucaldacağına da söz verən Tanju Özcan, "Gəlsin Avropa məni də cəzalandırsın" deyə bildirib.