Fransa yığması 2024-cü il Avropa çempionatının 1/4 finalında Portuqaliya millisini məğlub edib.

"Unikal" xəbər verir ki, görüş Hamburqdakı "Volksparkstadion" stadionunda baş tutub. Matçın əsas vaxtı 0:0 hesabı ilə başa çatıb, əlavə vaxtda futbolçular qol vura bilməyib.

Qarşıdurmanın nəticəsi fransızların daha güclü olduğu penaltilər seriyasında həll olunub - 5:4.