ABŞ-ın ev sahibliyi etdiyi Amerika Kubokunda növbəti yarımfinalçı məlum olub.

"Unikal" xəbər verir ki, 1/4 finalda Venesuela və Kanada yığmaları üz-üzə gəlib.

Matçın əsas və əlavə vaxtı 1:1 hesablı heç-heçə ilə yekunlaşdığı üçün penaltilər seriyası baş tutub.

Burada daha dəqiq olan Kanada seçməsi adını yarımfinala yazdırıb. Komanda Argentina ilə qarşılaşacaq.

Qeyd edək ki, Amerika Kubokuna iyulun 14-də yekun vurulacaq.