Dünya birjalarında neft ucuzlaşıb.
"Unikal" xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 0,89 dollar azalaraq 86,54 dollar olub.
Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 0,72 dollar azalaraq 83,16 dollar təşkil edib.