Fransa millisi Almaniyanın ev sahibliyi etdiyi Avropa çempionatında maraqlı statistikaya imza atıb.
"Unikal" xəbər verir ki, Avro-2024-də 5 oyun keçirən Didye Deşamın komandası cəmi 3 qolla yadda qalıb. Bu toplardan ikisi isə avtoqol kimi qeydə alınıb.
Turnirin qrup mərhələsində 2 qol vuran fransızlar Avstriya ilə matçda (1:0) avtoqol hesabına qalib gəliblər. Yığma 1/8 final mərhələsində Belçikanı da eyni ssenari ilə məğlub edib.
Qeyd edək ki, Fransa millisi 1/4 finalda əsas və əlavə vaxtı qolsuz bitən görüşün penaltilər seriyasında Portuqaliyaya 5:3 hesabı ilə qalib gələrək yarımfinala vəsiqə qazanıb.