Almaniya millisinin məşqçisi Sandro Vaqner Avropa çempionatının 1/4 finalında İspaniya yığmasına 1:2 hesabı ilə məğlub olduqları oyundan sonra baş hakim Entoni Teyloru təhqir edib.
"Unikal" xarici mətbuata istinadən xəbər verir ki, görüşün 106-cı dəqiqəsində Camal Musialanın zərbəsi zamanı top cərimə meydançasında ispanların müdafiəçisi Mark Kukurelyanın əlinə dəyib. Lakin referi həmin epizodda penalti təyin etməyib.
Bu səbəbdən mütəxəssis hakimlərin otağına daxil olaraq, ingiltərəli tanınmış referinin ünvanına təhqiredici ifadələr səsləndirib.