Almaniyada təşkil olunan Avropa çempionatının 1/4 finalında İngiltərə - İsveçrə matçında əsas və əlavə vaxt 1:1 hesablı bərabərliklə yekunlaşıb.

"Unikal" xəbər verir ki, penaltilər seriyasında qalib gələn İngiltərə 1/2 finala yüksəlib.

***21:37

Avropa çempionatının 1/4 finalında İngiltərə - İsveçrə matçında hesab bərabərləşib.

"Unikal" xəbər verir ki, İngiltərə millisinin futbolçusu Saka 80-ci dəqiqədə fərqlənib.

***21:30

İngiltərə - İsveçrə matçında hesab açılıb.

"Unikal" xəbər verir ki, görüşün 75-ci dəqiqəsində İsveçrə yığmasının üzvü Embolo  fərqlənib.

***20:54

Almaniyada təşkil olunan Avropa çempionatının 1/4 finalında İngiltərə - İsveçrə matçında ilk hissə bitib.

"Unikal" xəbər verir ki, komandalar fasiləyə qolsuz yollanıblar.

***20:00

AÇ-2024-ün növbəti 1/4 final görüşü başlaylıb.

"Unikal" xəbər verir ki, İngiltərə yığması İsveçrə ilə qarşılaşır.

Görüşün baş hakimi italiyalı Daniele Orsatodur.