Almaniyada keçirilən Avropa çempionatının 1/4 final mərhələsində üz-üzə gələn Niderland və Türkiyə yığmaları arasındakı oyun başa çatıb.

"Unikal" xəbər verir ki, görüş Niderland yığmasının 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Bununla da Niderland yarımfinala vəsiqə qazanıb və İngiltərə seçməsinə rəqib olub.

***00:34

Niderland - Türkiyə matçında birincilər hesabda önə çıxıb.

"Unikal" xəbər verir ki, Niderland millisinin üzvü Kodi Qakpo 76-cı dəqiqədə komandasını önə çıxarıb - 2:1

***00:28

Niderland və Türkiyə yığmaları arasındakı oyunda hesab bərabərləşib.

"Unikal" xəbər verir ki, matçın 70-ci dəqiqəsində Niderland millisinin üzvü Stefan De Vray fərqlənib - 1:1

***00:05

Almaniyada keçirilən Avropa çempionatının 1/4 final mərhələsində üz-üzə gələn Niderland və Türkiyə yığmaları arasındakı oyunda ikinci hissə başlayıb.

"Unikal" xəbər verir ki, oyunun birinci hissəsindən sonra Türkiyə seçməsi 1:0 hesabı ilə qalib gəlir.

***23:35

Niderland və Türkiyə yığmaları arasındakı oyunda hesab açılıb.

"Unikal" xəbər verir ki, görüşün 35-ci dəqiqəsində Samət Akaydın Türkiyə seçməsini önə keçirib

***23:00

Almaniyada keçirilən Avropa çempionatının 1/4 final mərhələsində üz-üzə gələn Niderland və Türkiyə yığmaları arasındakı oyun başlayıb.

"Unikal" xəbər verir ki, qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start götürüb.

Görüşü fransalı referi Kleman Türpen idarə edir.