Avstraliyada avro 0,3% dəyər itirib ki, bu da investorların Fransa seçkilərində solçu partiyaların qələbəsi ilə bağlı narahatlıqlarını əks etdirə bilər.
"Unikal" xəbər verir ki, bu barədə Bloomberg məlumat yayıb.
Avstraliya Fond Birjasının hərracında 1 avroya 1,0807 dollar təklif edilib. İnvestorlar Fransada Le Penin "Milli Birliy"inin hakimiyyətə gəlməsi perspektivindən narahat idilər, lakin solçu Yeni Xalq Cəbhəsinin qələbəsi onların ən böyük qorxusu idi. Çünki ölkənin dövlət maliyyəsinin onsuz da problemli olduğu bir dövrdə koalisiyanın büdcə xərclərini genişləndirmək vədləri narahatlıq doğururdu.