Ağdam və Tərtər Rayon Polis Şöbələrinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə işğaldan azad edilmiş ərazilərə müvafiq icazəsi olmadan daxil olmaq istəyən 4 nəfər saxlanılıb. Həmin şəxslər barəsində inzibati protokollar tərtib edilərək məhkəməyə göndərilib.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan "Unikal"a verilən məlumata görə, məhkəmənin qərarına əsasən onlar müvafiq qaydada məsuliyyətə cəlb olunublar.