Futbol üzrə Türkiyə Superliqasında 2024-2025-ci illər mövsümünün püşkatma mərasimi keçirilib.
"Unikal" xəbər verir ki, püşkə əsasən, çempionatın ilk turunda üz-üzə gələcək komandalar müəyyənləşib.
İlk turun proqramı
“Sivasspor” – “Trabzonspor”
“Fənərbağça” – “Adana Dəmirspor”
“Rizəspor” – “Başakşəhər”
“Kasımpaşa” – “Konyaspor”
“Qalatasaray” – “Hatayspor”
“Alanyaspor” – “Eyüpspor”
“Antalyaspor” – “Göztəpə”
“Samsunspor” – “Beşiktaş”
“Bodrumspor” – “Qaziantep”
Superliqada yeni mövsümdə 19 komanda mübarizə aparacağı üçün “Kaysərispor” ilk turda istirahət edəcək.
Püşkatma zamanı mövsümün ilk hissəsində oynanılacaq derbi matçlarının tarixləri də bəlli olub. V turda “Trabzonspor”-“Beşiktaş”, VI turda “Fənərbağça”–“Qalatasaray”, X turda “Qalatasaray”–“Beşiktaş”, XI turda “Trabzonspor”-“Fənərbağça”, XV turda “Beşiktaş”–“Fənərbağça”, XVI turda isə “Qalatasaray”-“Trabzonspor” matçları keçiriləcək.
Qeyd edək ki, Türkiyə Superliqasında 2024-2025-ci illər mövsümü avqustun 9-da start götürəcək və növbəti il iyunun 1-də yekunlaşacaq.