Ermənistan Respublikasının suverenliyinə və ərazi bütövlüyünə xələl gətirən casusluq, dövlət sirrini ehtiva edən məlumatların toplanması və xarici dövlətə çatdırılması iddiası ilə bağlı başlanmış cinayət işinin ibtidai istintaqı başa çatıb.
"Unikal" xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsinin Dövlət əleyhinə cinayətlərin istintaqı, konstitusiya quruluşunun əsasları və ictimai təhlükəsizliyin istintaqı Baş İdarəsi məlumat yayıb.
Məlumatlara görə, Xankəndi sakini S.G. casusluq etmək tapşırığı ilə razılaşaraq, xarici dövlətin xüsusi kəşfiyyat xidmətinin əməkdaşı tərəfindən işə götürülüb və bundan sonra “Sərxan” kod adını alıb.
Daha sonra o, Azərbaycanın xüsusi xidmət orqanının əməkdaşına 2020-2023-cü illər ərzində topladığı məlumatları təhvil verib.
O, 2023-cü ilin sentyabrında ermənlərin Qarabağı tərk etməsindən sonra Xankəndidə vəzifə təklifi alıb. S.G. vəzifə tutmaqda maraqlı olmaqla, həyat yoldaşı ilə birlikdə Xankəndidə qalıb.
O, Ermənistan Respublikası ərazisinə köçdükdən dərhal sonra həbs edilib.
Faktlar əsasında S.G.-yə Ermənistan Respublikası Cinayət Məcəlləsinin 424-cü maddəsinin 1-ci hissəsi ilə ittiham irəli sürülüb. Onun barəsində həbs qətimkan tədbiri seçilib.
Ağarza Elçinoğlu