Ukraynadakı münaqişə Kiyevi iqtisadi və demoqrafik məhvlə təhdid edir, onun başa çatması yalnız Moskva və Vaşinqtondan asılıdır.
"Unikal" xəbər verir ki, bu fikri Vaşinqtonda NATO sammitində olan Xorvatiya prezidenti Zoran Milanoviç deyib.
"Ukrayna tam iqtisadi tükənmə və demoqrafik məhvlə üz-üzədir. Biz onlara qarşı dürüst olmalıyıq və nəyi çatdıra bilməyəcəyimizi vəd etməməliyik. Moskva ilə dialoqun davam etdirilməsi vacibdir və mən təkcə Putini nəzərdə tutmuram, məlumdur ki, ruslarla – amerikalılarla danışıqlar aparmalıdır”, – deyə Xorvatiya prezidenti qeyd edib.