SOCAR-ın Bakı Ali Neft Məktəbində (BANM) “2050-ci ilə doğru Dayanıqlı İnkişaf üçün Enerji Siyasəti” yay məktəbi keçirilib. Yay məktəbində BANM-in 20 tələbəsi iştirak haqqı qazanıb.
"Unikal" xəbər verir ki, rəhbərlik yanında aparatda proqram meneceri Cəmilə Əskərova proqramın önəmini vurğulayıb və tələbələri aktiv olmağa çağırıb.
Burada “Enerji növlərin təsnifatı”, “Qazıntı yanacaqların və bərpa olunan enerji mənbələrinin cəmiyyətdə və ətraf mühitdə rolu”, “Enerji təhlükəsizliyi”, “Neft fiskal sistemləri və mədən müqavilələri”, “Bərpa olunan enerji mənbələrinin təyini və onların cari və gələcək enerji təminatında rolu” və s. mövzular müzakirə edilib. Eləcə də Qobustan Milli Tarixi-Bədii Qoruğunun Muzeyinə və Daşgil Palçıq Vulkanı ərazisinə səfər baş tutub.
Yay proqramı Neft-qaz mühəndisliyi kafedrasının dosenti Rauf Nadirovun kordinatorluğu ilə həyata keçirilib.
Bağlanış mərasimində isə sertifikatlar təqdim olunub.